Digər

Ukrayna ilin sonuna kimi bu şəhərləri itirə bilər

29 Aug 2026, 21:22 5 baxış
Ukrayna ilin sonuna kimi bu şəhərləri itirə bilər

2026-cı ilin sonuna qədər Ukrayna Donetsk bölgəsindəki Çasov Yar və Kostyantinovkanı itirə bilər.


Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi icmalçı Aleksandr Kovalenko bildirib.


O qeyd edib ki, hazırkı gedişata əsasən, Çasov Yar sentyabrın sonu və ya oktyabrın əvvəlində işğal edilə bilər.


Ekspert vurğulayıb ki, bu şəhər “əyləc” rolunu oynayıb - rus qoşunlarını iki ildən çox yubadıb və ya tükəndirib.


Onun fikrincə, ilin sonuna kimi Kostyantinovka şəhəri də işğala məruz qala bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər