İdman

Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları

29 Aug 2026, 13:48 4 baxış
Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları
Portuqaliyalı ulduz vinger Rafael Lean karyerasında yeni səhifə açaraq "Qalatasaray"a keçməyə hazırlaşır. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, artıq istedadlı futbolçunun İstanbul nəhəngində əldə edəcəyi qazancın təfərrüatı da məlumdur. Səs-küylü transferin maliyyə tərəfləri xüsusi diqqət çəkir. Türkiyə klubu bu keçid üçün İtaliya klubuna 44 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, "Milan" gələcəkdə futbolçunun başqa kluba mümkün satışından əlavə 20 faizlik pay da əldə edəcək. Türkiyə çempionu ilə portuqaliyalı vinger arasında imzalanacaq sözləşmənin 2030-cu ilə qədər olacağı vurğulanır. Bu müddət ərzində 27 yaşlı hücumameyilli oyunçu İstanbul təmsilçisində hər mövsüm üçün 12 milyon avro məvacib qazanacaq. Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi Leanın transferi üzrə "Milan"la bütün detalları tam razılaşdırıb. Futbolçunun məhz bu gün tibbi yoxlanışdan keçərək rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər