İdman
Nikolas Ceksonun 70 milyon avroluq transferi rəsmiləşdi
İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonun transferini rəsmən açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin rəsmi saytı məlumat yayıb. Daha əvvəl mediada 25 yaşlı hücumçunun transferi üçün "Aston Villa"nın 70 milyon avro ödəməyə hazır olduğu bildirilib. Cekson ötən mövsümü Almaniyanın "Bayern" klubunda icarə əsasında keçirib. O, bütün turnirlərdə 34 oyunda meydana çıxaraq 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun "Çelsi" ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədə idi. Cekson 2023-cü ilin yayından London klubunun formasını geyinirdi. Bu müddətdə o, "Çelsi" ilə Konfrans Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.
Mənbə
oxu.az