Dünya
Putinlə Ərdoğanın görüşünün vaxtı məlum oldu
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Məlumatı Oxu.Az "RİA Novosti"yə istinadən yayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüş zamanı Ukraynadakı vəziyyət və Qara dənizdəki durum müzakirə olunacaq. Tərəflər, həmçinin Ukrayna ilə bağlı məsələləri ətraflı nəzərdən keçirəcəklər. Putin avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Sammit çərçivəsində tədbirlər başa çatdıqdan sonra Rusiya lideri sentyabrın 1-də Bişkekdə bir sıra ikitərəfli görüşlər keçirəcək. Uşakovun sözlərinə görə, Putin və Ərdoğan arasında keçiriləcək görüşdə ticarət-iqtisadi sahədə ikitərəfli tərəfdaşlığın gələcək inkişafı məsələləri də müzakirə olunacaq.
Mənbə
oxu.az