Dünya
Çində məmur ölüm cəzasına məhkum edildi
Çində məhkəmə Çin Kommunist Partiyasının Hubey əyaləti komitəsinin keçmiş katibi Tszyan Çaolyanı 746 milyon yuandan (111 milyon dollar) çox rüşvət aldığına görə möhlət hüququ ilə ölüm cəzasına məhkum edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin qərarında məlumat verilib. Məlumata görə, məhkəmə məmurun istintaqla əməkdaşlıq etdiyini nəzərə alaraq ona nisbətən yüngül cəza təyin edib. İki illik möhlət müddətindən sonra məmur Çin qanunvericiliyində müəyyən edilmiş şərtlərə əməl edərsə, ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunacaq. Çində möhlət hüququ ilə ölüm cəzası hökmün dərhal icra edilməsi demək deyil. Qeyd edək ki, Tszyan Çaolyan 1995-2025-ci illər ərzində Çin banklarında, eləcə də Tszilin və Hubey əyalətlərinin partiya strukturlarında bir neçə rəhbər vəzifədə çalışıb.
Mənbə
oxu.az