Digər
Rusiya "Episentr"ə zərbə endirdi: 17 yaşlı qız öldü
Rusiya hərbi qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində “Episentr” supermarketinə raket zərbəsi endirib.
Axar.az xəbər verir ki, bu barədə vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja deyib.
O bildirib ki, hücum nəticəsində 17 yaşlı qız həyatını itirib, 3 nəfər isə ağır xəsarətlər alıb.
Hücuma məruz qalan obyektlərdə güclü yanğın baş verib.
Mənbə
axar.az