Digər

Tramp Meksikaya təzyiq göstərir – Səbəb

28 Aug 2026, 11:10 3 baxış
Tramp Meksikaya təzyiq göstərir – Səbəb

Tramp administrasiyası Meksikaya ABŞ sərhədinə çatmağa çalışan miqrantların qarşısını almaq üçün daha çox tədbir görməsi istiqamətində təzyiq göstərir.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.


Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio Meksikanın xarici işlər naziri Roberto Velasko ilə keçirdiyi qapalı görüşdə bu məsələni qaldırıb.


“Görüşdə ABŞ-ın Meksikanın öz vətəndaşlarının da şimala - ABŞ istiqamətində getməsinin qarşısını alması tələbi müzakirə olunub. Bu tələb isə Meksika Prezidenti Klaudiya Şeynbaum üçün hüquqi və konstitusion baxımdan bir sıra çətinliklər yaradır”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər