Dünya

Tramp ABŞ prezidentlərinin reytinqini hazırladı və özünü "ən böyük" adlandırdı - FOTO

28 Aug 2026, 12:52 3 baxış
Tramp ABŞ prezidentlərinin reytinqini hazırladı və özünü "ən böyük" adlandırdı - FOTO
Prezident Donald Tramp özünün hazırladığı ABŞ prezidentlərinin reytinqini dərc edib və özünü "Ən böyüklər" adlı ayrıca kateqoriyaya yerləşdirib. Oxu.Az-ın xəbərinə görə, o, "Truth Social" hesabında bununla bağlı foto paylaşıb. "Ən böyüklər" kateqoriyasında Donald Tramp yalnız öz portretini qoyub. "Böyüklər" siyahısına Corc Vaşinqton, Tomas Cefferson, Avraam Linkoln, Franklin Ruzvelt, Vudro Vilson və Endryu Ceksonu daxil edib.
"Uğursuzlar" arasında ABŞ prezidenti öz sələfləri Co Bayden və Barak Obamanı, eləcə də Ulis Qrant, Uorren Hardinq və Cimmi Karteri daxil edib. Bundan əlavə, Tramp həmçinin "Böyüyə yaxın", "Orta" və "Orta səviyyədən aşağı" adlı kateqoriyalar da yaradıb və oraya da digər prezidentləri yerləşdirib.
Tramp ABŞ prezidentlərinin reytinqini hazırladı və özünü "ən böyük" adlandırdı - FOTO Tramp ABŞ prezidentlərinin reytinqini hazırladı və özünü "ən böyük" adlandırdı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər