Kriminal

Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı

28 Aug 2026, 12:58 3 baxış
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. İdarənin "Qırmızı Körpü" gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu tətbiq edilməklə yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan edilməyən 4 adda 448 kapsul və 81 ədəd dərman vasitələri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər