Digər
Şara Məzlum Abdini özünə müşavir təyin etdi
Suriya Prezidenti Əhməd əş-Şara ləğv edilmiş Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Məzlum Abdini özünə müşavir təyin edib.
Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
"Mustafa Xəlil Abdi (Məzlum Abdi) Respublika Prezidentinin müşaviri təyin edilib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, avqustun 25-i Suriya Demokratik Qüvvələri (SDQ) buraxılıb və kürd qüvvələri ordu sıralarına tam inteqrasiya olunub.
Mənbə
axar.az