Digər
Leyla Əbülhəsəni İranda edama məhkum edildi
İranda yanvar etirazları zamanı həbs olunmuş Leyla Əbülhəsəni edama məhkum edilib.
Axar.az xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin yanvarında keçirilən etirazlar zamanı saxlanılan Leyla Əbülhəsəni “Dövlətə qarşı düşmənçilik” ittihamı ilə ölüm cəzasına məhkum edilib.
43 yaşında olan və iki yeniyetmə övladı olan Leyla Əbülhəsəni yanvarın 8-dən bəri İsfahanın Dövlətabad həbsxanasında saxlanılır.
Mənbə
axar.az