Digər

Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov

28 Aug 2026, 10:04 2 baxış
Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov

Ermənistan Baş naziri Nikol Paşinyanın dəmir yolu konsessiyasının Ermənistana satılması ilə bağlı təklifini təəccüblə qarşılayırıq.


Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.


“Əgər Ermənistanı bu məsələlər narahat edirsə, tərəfdaş kimi bu barədə Rusiya ilə danışa bilər. Bunun əvəzinə açıq şəkildə bəyan edilir ki, dəmir yolu guya onlarındır və biz Ermənistana 2 milyard dollar borcluyuq. Təbii ki, bu cür açıqlamalar iqtisadi hesablamalardan əlavə, Rusiya vətəndaşlarında da emosional reaksiya doğurur. Mən də istisna deyiləm. Rusiya və Ermənistan vitse-premyerləri səviyyəsində müntəzəm əlaqələr saxlayır və İrəvanı maraqlandıran bütün məsələlər, o cümlədən Rusiyanın konsessiyasında olan Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı vəziyyət müzakirə edilə bilər”, - o bildirib.


Qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ildə 30 il müddətinə, daha 10 il uzadılma hüququ ilə Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiya idarəçiliyinə verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər