Dünya

Yəmən sahilləri yaxınlığında dağıdıcı zəlzələ oldu

28 Aug 2026, 10:52 3 baxış
Yəmən sahilləri yaxınlığında dağıdıcı zəlzələ oldu
Ədən körfəzi akvatoriyasında 6 maqnitudaya malik yeraltı təkan baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb. Məlumata əsasən, cümə günü Bakı vaxtı ilə saat 01:08-də qeydə alınan zəlzələnin episentri Yəmənin Əş-Şixr şəhərindən 188 km cənub-şərqdə yerləşib. Episentrdə hiss edilən təkanların intensivliyinə görə zəlzələ "dağıdıcı" olaraq qiymətləndirilir. ABŞ Geoloji Xidməti də yeraltı təkanın gücünü 6 maqnituda səviyyəsində dəyərləndirib. Qurumun məlumatına görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Mənbə oxu.az

Oxşar Xəbərlər