Kriminal

Şəkidə VAZ aşdı: Xəsarət alanlar var

28 Aug 2026, 10:44 3 baxış
Şəkidə VAZ aşdı: Xəsarət alanlar var
Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb. Sürücü idarə etdiyi VAZ-2107 markalı avtomobilə nəzarəti itirib və maşın yolun kənarına aşıb. Hadisə nəticəsində Oğuz rayon sakinləri- 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı Rahim Yaqub oğlu Salamov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər