Cəmiyyət
Planetin ən çox istehlak olunan əti…
Toyuq əti planetdə ən çox istehlak edilən ət olub. 2023-cü ildə dünyada 76,2 milyard toyuq yetişdirilib. 2006-cı ildə bu rəqəm 48,3 milyard olub.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“XX əsrdə bahalı seçim hesab olunan toyuq əti artıq əsas protein mənbəyinə çevrilib. Əsas artımı Asiya-Sakit okean regionu, Amerika və Avropa təmin edir. Qlobal tələbatın təxminən üçdə birini isə Çin və ABŞ formalaşdırır.
Quşçuluq sektorunun uğuru münasib qiymət, yemlənmənin səmərəliliyi, istehsalın yüksək sürəti, eləcə də toyuq ətinin istehlakına dair dini və ya mədəni məhdudiyyətlərin olmaması ilə izah edilir”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az