Kriminal

Bərdədə avtomobil evə çırpıldı: 3 nəfər yaralandı

27 Aug 2026, 18:29 5 baxış
Bərdədə avtomobil evə çırpıldı: 3 nəfər yaralandı

Bərdə rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Axar.az report-a istinadən xəbərinə görə, hadisə rayonun meşəçilik adlanan ərazisində qeydə alınıb.


Belə ki, "Çanqan" markalı minik avtomobili idarəetmədən çıxaraq yaşayış evinə çırpılıb. Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər