Dünya

Nepalda daha bir DAŞQIN TƏHLÜKƏSİ: Xəbərdarlıq edildi

27 Aug 2026, 18:40 5 baxış
Nepalda daha bir DAŞQIN TƏHLÜKƏSİ: Xəbərdarlıq edildi
Nepalda sürüşmənin çayın qarşısını kəsdiyi yerdə əmələ gələn göl səbəbindən təkrar daşqın təhlükəsi qalmaqdadır. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ratopati" nəşri Nepal Daşqın Proqnozlaşdırma Xidmətinə istinadən məlumat verib. "Təhlükə əvvəlki kimi qalmaqdadır, çünki daşqının baş verdiyi yerdə çay yatağının qarşısının kəsilməsi nəticəsində göl əmələ gəlib", - deyə məlumatda bildirilib. Nazirliyin məlumatına görə, gölün ölçüsü böyüyür və onun daşması riski var. "Xüsusi bildirişə qədər Bxote-Kosi çayının aşağı axarındakı sakinlərə, səyahətçilərə və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən xilasedicilərə maksimal dərəcədə ehtiyatlı olmaq və çay sahillərindən uzaqda təhlükəsiz ərazilərdə qalmaq israrla tövsiyə olunur", - deyə səlahiyyətlilər tövsiyə ediblər. Xatırladaq ki, Nepalın şimalında, Çinlə həmsərhəd olan Rasuva dairəsində avqustun 26-da qəfil genişmiqyaslı daşqın baş verib. Tibet ərazisində baş verən zəlzələ və sürüşmə Lxende çayının yatağını bloklayıb, Bxote-Koşi çayında su səviyyəsinin kəskin şəkildə qalxmasına səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər