Dünya
Səmərqəndin tarixi məkanları beynəlxalq mediaforum iştirakçılarını heyran edib - VİDEO
Beynəlxalq mediaforumun iştirakçıları Səmərqənddəki Şahi-Zində memorial kompleksini, həmçinin Mirzə Uluqbəy muzey-kompleksini ziyarət ediblər. Oxu.Az "Report"a istinadən xəbər verir ki, iştirakçılar şəhərin ən qədim memarlıq ansambllarından birinin tarixi, eləcə də görkəmli alim və astronom Mirzə Uluqbəyin elmi irsi ilə tanış olublar.
Şahi-Zində kompleksi Səmərqəndin 25 əsrlik tarixini əks etdirən unikal memarlıq ansamblıdır. Yerli sakinlər onu "qəbiristanlıq-küçə" adlandırırlar. Ansambla 11 məqbərə, məscid və digər tikililər daxildir. Ekskursiya zamanı iştirakçılara məlumat verilib ki, arxeoloji qazıntıların nəticələrinə əsasən, Şahi-Zində kompleksinin ilk tikililəri XI-XII əsrlərə aiddir. Kompleksdə Məhəmməd peyğəmbərin əmisi oğlu Qusam ibn Abbasın türbəsi xüsusi yer tutur. Tərcüməsi "Yaşayan şah" mənasını verən Şahi-Zində adının yaranması ilə bağlı əfsanə məhz onun adı ilə əlaqələndirilir. Rəvayətə görə, Qusam ibn Abbas yerli əhalini İslamla tanış etmək üçün 676-cı ildə Səmərqəndə gəlib. İştirakçılar məqbərələrin zəngin dekorativ tərtibatına diqqət yetiriblər. Burada mavi və digər çalarlarla yanaşı, qırmızı rəngin də istifadə olunması xüsusi marağa səbəb olub. Ekskursiya zamanı bildirilib ki, Orta əsrlərdə qırmızı rəngi əldə etmək çətin idi və buna görə də bu rəng nadir hesab olunurdu. Bundan əlavə, qırmızı rəng qanla assosiasiya edilirdi. Ulduz formalı kompozisiyalar da maraq doğurub. Bəzi kitabələr ərəb və fars dillərindədir və oxunması üçün xüsusi hazırlıq tələb edən mürəkkəb xəttatlıq nümunələri ilə seçilir. İştirakçılara şiə imamlarının adlarının yer aldığı kompozisiyalar barədə də ayrıca məlumat verilib. Bu, Teymurilər dövrünün mürəkkəb və tam öyrənilməmiş dini-mədəni xüsusiyyətlərinə diqqət yetirməyə əsas verib. İki adsız məqbərə kompleksin özünəməxsus sirri olaraq qalır. Versiyalardan birinə görə, onlar Səmərqəndin qədim mədrəsələrindən birinin qalıqları ilə bağlı ola bilər. Şahi-Zindənin ən parlaq abidələrindən biri Əmir Teymurun kiçik həyat yoldaşı Tuman-Ağanın məqbərəsidir. Digər tikililərin əksəriyyətində mavi çalarlar üstünlük təşkil etdiyi halda, bu məqbərə bənövşəyi rəngi ilə seçilir. Ansamblda həmçinin böyük alim-astronom, Uluqbəyin dostu və silahdaşı Qazızadə Ruminin məqbərəsi də yerləşir. O, əsilzadə nəslinə mənsub deyildi, lakin zəmanəsinin görkəmli alimlərindən biri idi. Hörmət əlaməti olaraq Uluqbəy onun məqbərəsini digər türbələrdən daha hündürdə tikdirib. Sənətşünasların "Şahi-Zindənin incisi" adlandırdıqları Şadi-Mülk-Ağa məqbərəsi də xüsusi yer tutur. Teymurun erkən vəfat etmiş bacısı qızı üçün 1327-ci ildə ucaldılan bu məqbərə çoxlu sayda keramika elementləri, mürəkkəb naxışlar və tağın üzərindəki üzüm tənəyi təsviri ilə fərqlənir. Daha bir abidə Əmir Teymurun bacısına məxsus Şirin-Bəy-Ağa məqbərəsidir. O, müxtəlif rəngli oyma naxışlı mozaika, ornamentlər və mənzərəli pannoları ilə seçilir. Şahi-Zindəni ziyarət etdikdən sonra mediaforum iştirakçıları Mirzə Uluqbəy muzey-kompleksinə baş çəkib. Burada onlar görkəmli alimin elmi fəaliyyətinin tarixi və onun XV əsrə aid məşhur rəsədxanasının qorunub saxlanılmış fraqmentləri ilə tanış olublar. Muzeyin ekspozisiyasında Mirzə Uluqbəy dövründə astronomiya və elmin inkişafına dair materiallar, eləcə də Uluqbəy və Teymurilər dövrünə aid əşyalar, tarixi astronomik və riyazi alətlər, kitablar və əlyazmalar, arxeoloji tapıntılar və alimin elmi irsi ilə bağlı materiallar təqdim olunub. Mirzə Uluqbəy rəsədxanasının qorunub saxlanılmış hissəsi iştirakçılarda xüsusi təəssürat yaradıb. Tikili 1424-1428-ci illərdə Səmərqənd yaxınlığındakı Kuhak təpəsində inşa edilib. Onun qalıqları 1908-ci ildə arxeoloq V.L.Vyatkin tərəfindən aşkar edilib. Rəsədxananın əsas hissəsi nəhəng bucaqölçən alət - sekstant və ya kvadrant olub. Onun qorunub saxlanılmış yeraltı hissəsi bu gün də kompleksin ərazisində yerləşir. Bu alətin köməyi ilə alimlər Günəş, Ay və digər səma cisimlərini müşahidə ediblər.

Mənbə
oxu.az
Oxşar Xəbərlər