Digər
İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
İrana qarşı ABŞ-ın yeni sanksiyalarının Ermənistan-İran iqtisadi əlaqələrinə təsirini qiymətləndirmək üçün qərarların məzmunu və mümkün risklər araşdırılır.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Qərarlar çoxşaxəlidir. Hazırda prosesi təhlil edirik ki, hər şeyi düzgün anlayaq və hər şey düzgün olsun. Daha əvvəl Rusiyaya qarşı sanksiyalar tətbiq edilərkən də Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq ticarət dövriyyəsini sanksiyaların təsir etmədiyi şəkildə təşkil edib. Əvvəlki təcrübədən deyirəm ki, qərarlar bəzən dəyişir. Bu, çevik iş prosesidir”.
Mənbə
axar.az