Digər
"Bambi Yatak" mağazasının Azərbaycandakı ikinci filialı fəaliyyətə başlayıb
"Bambi Yatak" mağazasının Azərbaycandakı ikinci filialı fəaliyyətə başlayıb. Yeni mağazanın rəsmi açılışı avqustun 26-da Bakı şəhəri, Babək prospekti, 33A ünvanında keçirilib. Açılış mərasimində şirkətin tərəfdaşları, bloqerlər və digər dəvətli qonaqlar iştirak ediblər. Tədbir zamanı qonaqlara mağazanın məhsul çeşidi və "Bambi Yatak"ın yuxu komfortuna yönəlmiş məhsul konsepsiyası barədə məlumat verilib. Yeni filialda döşək, yataq, baza və başlıqlardan tutmuş yastıq, yataq dəsti və müxtəlif ev tekstili məhsullarına qədər geniş çeşid təqdim olunur. Brendin məhsullarında müasir texnologiya və funksionallıq əsas prioritetlər sırasında yer alır. Müxtəlif döşək (matras) modellərində "Pocket" yay sistemləri, fərqli komfort xüsusiyyətləri təqdim edən süngər qatları və temperatur-nəm balansını qorumağa kömək edən materiallardan istifadə edilir. Müştərilərin fərdi zövqləri də nəzərə alınır. Müəyyən model yataq və bazalarda rəng və parça seçimi etmək, məhsulu yataq otağının interyerinə uyğunlaşdırmaq mümkündür. "Bambi Yatak"ın yeni filialının açılması ilə Bakı sakinlərinin yuxu və yataq otağı komfortu üçün nəzərdə tutulmuş məhsullara çıxış imkanlarının genişləndirilməsi məqsədi qarşıya qoyulub. Şirkətdən verilən məlumata görə, yeni mağazada müştərilərə məhsulların xüsusiyyətləri ilə yaxından tanış olmaq və öz ehtiyaclarına uyğun seçim etmək üçün geniş imkan yaradılıb. Beləliklə, Babək prospektində yerləşən yeni filial "Bambi Yatak"ın Azərbaycandakı ikinci mağazası kimi fəaliyyətə başlayıb.
Mənbə
oxu.az