Dünya

ABŞ kəşfiyyatı direktorunun Moskvaya səfəri: "Qiyamət günü" radiostansiyası dayanmadan 13 qəribə mesaj ötürdü

27 Aug 2026, 16:56 3 baxış
ABŞ kəşfiyyatı direktorunun Moskvaya səfəri: "Qiyamət günü" radiostansiyası dayanmadan 13 qəribə mesaj ötürdü
"Qiyamət günü" radiostansiyası ("UVB-76", "Jujalka" kimi də tanınır) yayımını intensivləşdirib və artıq 13 qəribə mesaj ötürüb. Oxu.Az-ın xəbərinə görə, bu barədə radiostansiyanın yayımını müşahidə edən "UVB-76 Loqi" "Telegram" məlumat verib. Bu kanal aparatdan gələn hər mesajı qeydə alır və son vaxtlar görünməmiş aktivlik müşahidə olunduğu bildirilir. Üstəlik, radiostansiya avqustun əvvəlində də tez-tez efirə çıxıb. Lakin o zaman cəmi iki-üç mesajdan çox qeyd olunmayıb. Diqqətçəkən məqam odur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərindən sonra "Jujalka" dayanmadan sirli ədədi dəyərlərə malik qəribə sözlər ötürür. Qeyd etmək lazımdır ki, Kreml və ABŞ səfərin kifayət qədər sadə olduğunu və xüsusi xidmətlərin bir-biri ilə müntəzəm əlaqə saxladıqlarını bildiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər