İdman
Dambrauskas da püşkatmaya getdi
“Sabah”ı UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib.
Klubdan Axar.az-a verilən məlumata görə, bu gün Monakoda keçiriləcək tədbirdə klubun prezidenti Maqsud Adıgözəlov, baş icraçı direktor Ramin Həsənov və baş məşqçi Valdas Dambrauskas iştirak edəcəklər.
Mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.
Mənbə
axar.az