Cəmiyyət

Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ - VİDEO

27 Aug 2026, 14:16 4 baxış
Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ - VİDEO
Sabunçu rayonunda "Komsomol dairəsi" kimi tanınan ərazidə yolların bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə yolların asfalt örtüyü tamamilə sıradan çıxıb. Onlar bildiriblər ki, məsələ ilə bağlı son üç ildə aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem hələ də həll olunmayıb. Gecə saatlarında işıqlandırmanın olmaması vəziyyəti daha da çətinləşdirir. Sürücülər yoldakı çalaları görməkdə çətinlik çəkir, nəticədə avtomobillərin zədələnməsi halları baş verir. "İllərdir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bu yolun vəziyyəti ilə bağlı hər ay həm zəng edirəm, həm də məktub yazıram. Lakin şikayətimə baxılmır. "Komsomol dairəsi"ndən Ramana istiqamətində olan yol, həmçinin "Sovxoz Ramana" yolu çox bərbad vəziyyətdədir. Hətta bir dəfə avtomobilimin təkəri də yolda deşilərək sıradan çıxıb", - deyə sakinlərdən biri bildirib. Sakin həmçinin qeyd edib ki, məsələ ilə bağlı rayon icra hakimiyyətinə də müraciət edib. Onun sözlərinə görə, icra hakimiyyətindən yolun təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub göndərildiyi bildirilib. Lakin indiyədək hər hansı nəticə olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər