Cəmiyyət

Bu il yüksək nəticə göstərən neçə abituriyent tələbə adı qazanmayıb?

27 Aug 2026, 13:28 15 baxış
Bu il yüksək nəticə göstərən neçə abituriyent tələbə adı qazanmayıb?
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarından 500-dən yuxarı bal yığan 106 abituriyent tələbə adını qazanmayıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Abituriyent" jurnalının 7-ci buraxılışında qeyd olunub. Belə ki, IV ixtisas qrupu üzrə 500-600 arası bal toplayan 686 abituriyentdən 70-i, 600-700 arası bal toplayan 50 abituriyentdən 28-i, III ixtisas qrupu üzrə 500-600 arası bal toplayan 44 abituriyentdən 8-i ali təhsil müəssisələrinə qəbul ola bilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər