Dünya

Nepalda daşqınlar: İtkin düşənlər arasında 28 fərqli ölkənin vətəndaşları var

27 Aug 2026, 09:32 3 baxış
Nepalda daşqınlar: İtkin düşənlər arasında 28 fərqli ölkənin vətəndaşları var
Nepalda baş verən dəhşətli daşqınlardan sonra 579 nəfər itkin düşmüş hesab olunur. Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumların yaydığı rəsmi məlumatlarda bildirilib. Məlumata görə, itkin düşənlərin 466-sı 28 fərqli ölkənin vətəndaşıdır. Daha 113 nəfər isə Nepalın öz sakinidir. Hüquq-mühafizə orqanları itkin düşən əcnəbilərin tam siyahısını və hansı ölkələrə mənsub olduqlarını hələlik açıqlamayıb. Təsdiqlənmiş məlumatlara əsasən, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 162 nəfərə çatıb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir və bu səbəbdən rəqəmlərdə dəyişiklik ola bilər.
Nepalda daşqınlar: İtkin düşənlər arasında 28 fərqli ölkənin vətəndaşları var
Mənbə oxu.az

Oxşar Xəbərlər