“Lukoyl”un bütün neft emalı zavodları vuruldu
Rusiyanın "Lukoyl-Nijeqorodnefteorqsintez" neft emalı zavodu Ukraynanın dron hücumundan sonra xam neft emalını dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Bu, Rusiyada dördüncü ən böyük neft emalı zavodu və benzin istehsalına görə ikinci ən böyük müəssisədir. Dron hücumu nəticəsində bir neçə texnoloji qurğu, sexlərarası infrastruktur və ümumi zavod qurğuları zədələnib. Ziyanın aradan qaldırılması və zavodda emalın bərpa olunması üçün nə qədər vaxt lazım olacağı məlum deyil”, - məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda “Lukoyl” şirkətinin Rusiyadakı bütün əsas neft emalı zavodları işləmir. Volqoqrad neft emalı zavodu iyulun 31-də, Perm neft emalı zavodu isə avqustun 21-də dron hücumlarından sonra fəaliyyətini dayandırıb.