Dünya
Çin və Nepal sərhədində torpaq sürüşməsi: 500-dən çox insan itkin düşüb
Çin və Nepal sərhədində yerləşən "Qyirong" sərhəd-keçid məntəqəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ən azı 558 nəfərin itkin düşdüyü bildirilir. Oxu.Az-ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb. Axtarılan 558 şəxsdən 260-ı xarici ölkə vətəndaşıdır. "Sinhua" agentliyinin xəbərinə görə, "Qyirong" keçidindəki təbii fəlakət avqustun 26-da sərhədin Nepal tərəfində qeydə alınıb. Hadisə nəticəsində hələlik üç nəfərin həyatını itirdiyi rəsmiləşib.
Mənbə
oxu.az