Dünya

Əlcəzairi meşə yanğınları bürüyüb: 12 ölü, xeyli yaralı var - VİDEO

27 Aug 2026, 10:32 2 baxış
Əlcəzairi meşə yanğınları bürüyüb: 12 ölü, xeyli yaralı var - VİDEO
Əlcəzairi bürüyən meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "El Ghad El Djazairi" qəzeti rəsmi məlumatlara istinadən informasiya yayıb.

Məlumata görə, 50-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlərə müvafiq yardım göstərilir. Xəbərdə bildirilir ki, avqustun 26-da Əlcəzairdə 37 yanğın ocağı qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər