Dünya

Tayvanda tayfun təhlükəsi: Gəmilərə çağırış edildi

27 Aug 2026, 10:12 2 baxış
Tayvanda tayfun təhlükəsi: Gəmilərə çağırış edildi
Tayvanın Mərkəzi Meteorologiya İdarəsi "Saudel" tayfunun yaxınlaşması ilə bağlı xəbərdarlıq edib. Onun 1 sutka ərzində adanın şimal hissəsindən keçməsi gözlənilir. Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir. Qurum Tayvanın şimal sahilləri yaxınlığındakı sularda olan bütün gəmiləri yüksək dərəcədə sayıqlığa çağırıb. Sinoptiklər adanın şimal və mərkəzi hissələrində güclü yağış təhlükəsi barədə xəbərdarlıq edirlər. Həmçinin alçaq ərazilərdə də daşqın riski var. Avqustun 27-də səhərə olan vəziyyətə görə, "Saudel" Matsu adalarından 560 km şərqdə müşahidə olunub və Çinin cənub-şərq sahillərinə doğru hərəkət edib. Radiusu 200 km təşkil edən tayfun güclü yağışlar və sürəti 35 m/s olan, hətta 45 m/s-yə çatan küləklər gətirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər