İdman
"Qarabağ" liqa mərhələsi üçün "Tvente" ilə həlledici matça çıxır
"Qarabağ" klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində həlledici cavab oyununa çıxacaq. Oxu.Az xəbər verir ki, təmsilçimiz pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Qeyd edək ki, Niderlandda keçirilən ilk oyun "Qarabağ"ın 0:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb. UEFA Konfrans Liqası Pley-off mərhələsi 27 avqust Saat 20:00, "Qarabağ" - "Tvente" (ilk oyun - 1:0)
Mənbə
oxu.az