Cəmiyyət
Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...
İsrail və Türkiyə Suriya üzərindən toqquşmaya çox yaxındırlar. Suriya və İsrail rəsmiləri İordaniyada görüşüb gərginliyi aradan qaldırmağa çalışırlar. İkinci müzakirə platforması yenə Bakı ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O xatırladıb ki, İsrail Suriyada Türkiyənin hərbi baza yerləşdirməsinin əleyhinədir:
“Türkiyə isə Suriya ilə hərbi ittifaqın İsrailə dəxli olmadığı qənaətindədir. Bu fərqli yanaşmada ortaq məxrəci tapmaq çətin olsa da, hər halda Ankara ilə Təl-Əviv arasında dialoq formatı bölgə sabitliyi üçün daha faydalıdır”.
Ekspert qeyd edib ki, əsas məqsəd iki ölkə arasında gərginliyin azaldılmasına nail olmaqdır.
Mənbə
axar.az