“Fənər"in futbolçusuna hücum edildi: Kütləvi dava - Video
“Fənərbağça”nın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion”u Fransada 2:1 hesabı ilə məğlub etdiyi cavab oyunundan sonra insident yaşanıb.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, final fitindən sonra İstanbul klubunun futbolçuları Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmağı bayram ediblər.
Onlardan biri - “Fənərbağça”nın futbolçusu Matteo Genduziyə əvvəlcə rəqib komandanın oyunçuları, daha sonra isə klubun nümayəndəsi olduğu bildirilən bir nəfər hücum edib.
Nəticədə gərginlik tunelin qarşısında da davam edib. “Fənərbağça” və “Lion”un digər futbolçuları da insidentə qoşulublar. Qarşıdurma çətinliklə sakitləşdirilib.
Qeyd edək ki, “Fənərbağça” bu qələbə ilə 18 ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.