İdman

"Mançester Siti" 100 milyon avroluq futbolçunun keçidini rəsmiləşdirdi - FOTO

26 Aug 2026, 16:20 2 baxış
"Mançester Siti" 100 milyon avroluq futbolçunun keçidini rəsmiləşdirdi - FOTO
Fransanın "Lill" klubunun 18 yaşlı yarımmüdafiəçi Əyyub Buaddinin "Mançester Siti"yə keçidi rəsmiləşib. Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytında məlumat verilib. Mərakeşli gənc futbolçu ilə beşillik müqavilə bağlanılıb. Daha əvvəl yayılan məlumatlara görə, "Mançester Siti" və "Lill" klubları bu keçid üçün 95 milyon avro qarşılığında razılığa gəliblər. Eyni zamanda, tərəflər arasındakı razılaşmaya potensial bonuslar şəklində əlavə 5 milyon avro da daxil edilib.
"Mançester Siti" 100 milyon avroluq futbolçunun keçidini rəsmiləşdirdi - FOTO "Mançester Siti" 100 milyon avroluq futbolçunun keçidini rəsmiləşdirdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər