İdman
"Tvente"nin baş məşqçisi: "Qarabağ" kimi güclü komandaya qarşı oynamaq çətindir"
"Qarabağ" kimi güclü komandaya qarşı oynamaq çətindir". Oxu.Az xəbər verir ki, bu sözləri Niderlandın "Tvente" klubunun baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində "Qarabağ"la oyundan əvvəl mətbuat konfransında deyib. O bildirib ki, ilk dəfədir belə uzun uçuş keçiriblər: "Əslində, bir gün əvvəldən gəlmək yaxşıdır. Komandamız hazırdır. Yaxşı analizlər etmişik. "Qarabağ" kimi güclü komandaya qarşı oynamaq çətindir. Heyətimiz tamdır. Ümid edirəm, uğurlu nəticə qazanacağıq. Ötən oyunda ciddi şanslarımız vardı, amma istifadə edə bilmədik, buna görə məğlub olduq. Əlimizdən gələni etməyə çalışacağıq ki, sabah qalib gələk". Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. İlk qarşılaşma Ağdam klubunun 0:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Mənbə
oxu.az