Siyasət

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevaya zəng edib

26 Aug 2026, 17:50 4 baxış
Ziroatxon Mirziyoyeva Mehriban Əliyevaya zəng edib
Avqustun 26-da Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, səmimi arzularını çatdırıb. O, bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti ilə Özbəkistanda görüşlərini ən xoş təəssüratla xatırlayıb. Ziroatxon Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, nəcib təşəbbüslərinin yalnız Azərbaycanda deyil, bütün dünyada böyük rəğbət qazandığını vurğulayıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə Ziroatxon Mirziyoyevaya təşəkkür edib. Birinci vitse-prezident Mehriban Əliyeva da öz növbəsində Özbəkistana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər