İdman

Vaqif Cavadov Bakıda "Tvente"ni ziyarət etdi

26 Aug 2026, 14:54 3 baxış
Vaqif Cavadov Bakıda "Tvente"ni ziyarət etdi

Futbol üzrə Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib.


Axar.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.


37 yaşlı mütəxəssis Enshede komandasının "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində klubun qaldığı otelə yollanıb.


Xatırladaq ki, V.Cavadov 2010/2011 mövsümündə "Tvente"nin formasını geyinib.


Qeyd edək ki, Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər