Cəmiyyət
Bakıda keçiriləcək silah sərgisində ABŞ şirkətləri ilk dəfə iştirak edəcək
ABŞ-nin "SIG SAUER" və "Lockheed Martin" kimi nüfuzlu şirkətləri Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ("ADEX 2026") debüt edəcək. Oxu.Az xəbər verir ki, bu barədə "ADEX 2026"nın təşkilat komitəsi məlumat yayıb. Bildirilib ki, dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkətin "ADEX 2026"da iştirakını təsdiqləməsi sərgiyə olan beynəlxalq marağı aydın şəkildə ortaya qoyur. Bu il ABŞ-nin "ADEX 2026"da fəal iştirakı xüsusi diqqət çəkir. Belə ki, ABŞ-nin "SIG SAUER" və "Lockheed Martin" kimi nüfuzlu şirkətləri ADEX-də debüt edəcək. Böyük Britaniya və Almaniya ilk dəfə olaraq ADEX-in iştirakçı ölkələri sırasına qoşulacaq. Almaniyanı sərgidə nüfuzlu "Rheinmetall" şirkəti təmsil edəcək. Bütün bunlar ADEX-in beynəlxalq iştirak coğrafiyasının və nüfuzlu tərəfdaşlar dairəsinin genişlənməsinin bariz göstəricisidir". Türkiyədən "ADEX 2026"nın baş sponsoru qismində çıxış edən "ROKETSAN", həmçinin "ASELSAN Elektronik San. ve Tic. A.Ş.", "BAYKAR", "Turkish Aerospace Industries" (TAI) və "HAVELSAN Elektronik San. ve Tic. A.Ş.", İtaliyadan "Leonardo", Çexiyadan "Excalibur Army SPOL S.R.O", Birləşmiş Ərəb Əmirliklərindən "EDGE Group" və İspaniyadan "INDRA" ADEX-in ənənəvi beynəlxalq iştirakçıları arasında yer alır. Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr "ADEX 2026"da milli qruplar şəklində iştirak edəcəklər. Sərginin 30 sentyabr - 2 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi, bu il də milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər.
Mənbə
oxu.az