Cəmiyyət

Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək

26 Aug 2026, 13:01 5 baxış
Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək

2026–2027-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq.


Axar.az xəbər verir ki, bu barədə Report-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Bildirilib ki, bu yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də tətbiqi planlaşdırılır.


Qeyd edək ki, indiyə qədər analoji qayda 5 və 6-cı siniflərə aid idi.

Mənbə axar.az

Oxşar Xəbərlər