Cəmiyyət
Gürcüstanla sərhəddə 386 maşın növbə gözləyir – Rəsmi
Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxıb, növbələr minimuma enib.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hazırda Azərbaycandan çıxış istiqamətində “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 330, “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.
Mənbə
axar.az