İdman

"Sabah" Çempionlar Liqasının tarixinə düşüb

26 Aug 2026, 12:20 4 baxış
"Sabah" Çempionlar Liqasının tarixinə düşüb
"Sabah" klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub. 2017-ci ildə təsis edilən klub cəmi 9 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Daha əvvəl bu rekord Rusiyanın "Krasnodar" klubuna (12 il) məxsus olub. Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb. "Bayquşlar" "Qarabağ"dan sonra turnirin əsas mərhələsinə yüksələn ikinci Azərbaycan klubu olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər