Dünya

Finlandiya prezidenti: "Bəzi məlumatları ruslara çatdırmağa hazıram"

26 Aug 2026, 11:24 4 baxış
Finlandiya prezidenti: "Bəzi məlumatları ruslara çatdırmağa hazıram"
Finlandiya Prezidenti Aleksandr Stubb ehtiyac yaranacağı təqdirdə Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, o, bu barədə "Yevropeyskaya pravda" nəşrinə verdiyi müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, o, danışıqlarda açıq iştirakçı olmağa can atmır, lakin belə bir təklif gələrsə, iştirak etməyə razıdır. Bununla belə, Stubb diplomatik prosesdə bütöv bir danışıqlar qrupunun fəaliyyət göstərməli olduğunu vurğulayıb. "Mən çox yaxşı başa düşürəm ki, mənim yerim pərdəarxasındadır. Mənim vəzifəm informasiyanı Ukraynadan ABŞ-yə, ABŞ-dən isə Ukraynaya ötürməkdir. Əgər ehtiyac olarsa, ruslara da müəyyən məlumatları çatdırmağa məmnuniyyətlə hazıram. Danışıqlarda əsas rolu amerikalılar oynayırlar. Eyni zamanda, Avropa olmadan Avropa üçün qərar vermək də mümkün deyil. Mən bu prosesə imkan daxilində daha çox insanı cəlb etməyə çalışaraq, bunun üzərində işləyirəm", - deyə o qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər