İdman

“Sabah”ın oyununda bu pankart diqqət çəkdi - Foto

26 Aug 2026, 10:40 4 baxış
“Sabah”ın oyununda bu pankart diqqət çəkdi - Foto

“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel” (Beer-Şeva, İsrail) ilə keçirdiyi oyunda azarkeşlərin açdığı pankart diqqət çəkib.


Axar.az Qol.az-a istinadla xəbər verir ki, tribunada “2017 — THE OWLS FLEW OVER EUROPE” (“2017 — Bayquşlar Avropanın üzərindən uçdu”) sözləri yazılmış pankart nümayiş etdirilib.


Buradakı “The Owls” (“Bayquşlar”) ifadəsi “Sabah”ın ləqəbinə işarədir. 2017-ci il isə klubun yaradıldığı ildir.


Pankartla “Sabah”ın yarandığı ildən başlayaraq Avropada tarixi uğura gedən yolu simvolik şəkildə ifadə olunub.


Xatırladaq ki, tarixində ilk dəfə bu mövsüm UEFA Çempionlar Liqasına qatılan “Sabah” yarışın Liqa mərhələsinə vəsiqə qazanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər