Dünya
Venesuelanın əsas hava limanı zəlzələdən sonra fəaliyyətini bərpa edir
Venesuelanın paytaxtı yaxınlığındakı Mayketiya şəhərində yerləşən Simon Bolivar adına Beynəlxalq Hava Limanı sentyabrın 1-dən etibarən sərnişin reyslərinin qəbulunu bərpa edəcək. Oxu.Az xəbər verir ki, bu barədə hava limanının "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb. "2026-cı il sentyabrın 1-də, çərşənbə axşamından etibarən həm daxili, həm də beynəlxalq reyslərə xidmət göstərmək üçün nəzərdə tutulmuş müvəqqəti terminallar rəsmi olaraq fəaliyyətə başlayacaq", - deyə açıqlamada bildirilir. Məlumatda vurğulanır ki, aeroport ərazisindəki bərpa işləri "ən yüksək keyfiyyət standartlarına uyğun və ən müasir texnologiyalar tətbiq edilməklə" həyata keçirilib. Xatırladaq ki, iyunun 24-də Venesuelada 7.2 və 7.5 maqnitudalı iki güclü zəlzələ baş verdikdən sonra Simon Bolivar adına Beynəlxalq Hava Limanı bağlanmışdı.
Mənbə
oxu.az