İdman
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün pley-off mərhələsində növbəti cavab oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda mübarizədə bu gün dörd cavab qarşılaşması baş tutacaq. Gecənin maraqla gözlənilən görüşlərindən birində Fransanın "Lion" klubu Türkiyə nəhəngi "Fənərbağça"nı qəbul edəcək. İlk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Günün digər matçlarında isə AEK "Levski Sofiya"nı, "Vikinq" "Dinamo Zaqreb"i, "Selye" isə "Slovan"ı sınağa çəkəcək. İlk görüşlərdə müvafiq olaraq 0:0, 2:2 və 1:1 hesablı heç-heçələr qeydə alınıb. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 26 avqust 23:00. "Lion" - "Fənərbağça" (ilk oyun 1:1); 23:00. AEK - "Levski Sofiya" (ilk oyun 0:0); 23:00. "Vikinq" - "Dinamo Zaqreb" (ilk oyun 2:2); 23:00. "Selye" - "Slovan" (ilk oyun 1:1).
Mənbə
oxu.az