Cəmiyyət

Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ

26 Aug 2026, 11:00 4 baxış
Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ
Bakı Slavyan Universitetində (BSU) erməni dili tədris ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq universitetin mətbuat katibi Səbinə Hüseynzadə məlumat verib: "Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarına əsasən erməni dilinin tədrisi növbəti illərdə nəzərdə tutulur". Xatırladaq ki, BSU-nun rektoru Anar Nağıyev ötən il verdiyi açıqlamada bildirmişdi ki, 2026-2027-ci tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi planlaşdırılır. Qeyd edək ki, hazırda Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində erməni dili tədris olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər