Dünya

İspaniyada anomal istilər səbəbindən rekord sayda ölüm halı qeydə alınıb

25 Aug 2026, 21:24 3 baxış
İspaniyada anomal istilər səbəbindən rekord sayda ölüm halı qeydə alınıb
İspaniyada yay mövsümündə azı 5 030 ölüm halı ekstremal isti hava şəraiti ilə əlaqələndirilib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın Ölüm Hallarının Gündəlik Monitorinq Sisteminin məlumatlarında bildirilir. Məlumata görə, bu, müşahidələrin aparılmağa başlandığı 2015-ci ilin yanvarından bəri qeydə alınan ən yüksək göstəricidir. Daha əvvəl ispaniyalı meteoroloqlar 2026-cı ilin ilk yarısının krallıqda son 65 ilin ən isti dövrü olduğunu bildirmişdilər. Cari ilin iyun ayı müşahidələr tarixində ikinci ən isti iyun, iyul ayı isə 1961-ci ildən bəri aparılan hesablamalara əsasən, ən isti və quraq iyul ayı olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər