İdman
Ferstappenə fantastik müqavilə: İldə 100 milyon dollar qazanacaq
Niderlandlı pilot Maks Ferstappen "Formula-1"in "Red Bull" komandası ilə yeni müqaviləsinin şərtlərinə əsasən, ildə 100 milyon dollar qazanacaq. Oxu.Az xəbər verir ki, bu barədə "GPblog" jurnalist Co Seyvarda istinadən məlumat yayıb. Avqustun 20-də "Red Bull" pilotla müqavilənin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb. Mənbənin məlumatına görə, yeni müqavilə üzrə 28 yaşlı Ferstappenin baza maaşı 100 milyon dollar təşkil edəcək. Əvvəllər bu göstərici 65 milyon dollar olub. Bonuslar nəzərə alınmaqla, pilotun illik gəliri 120 milyon dollara çata bilər. Baza maaşının məbləğinə görə niderlandlı pilot yeddiqat dünya çempionu, "Ferrari"nin britaniyalı pilotu Lüis Hemiltonu (70 milyon dollar) geridə qoyub. Ən yüksək maaş alan pilotların ilk üçlüyünə Ferstappenin komanda yoldaşı, monakolu Şarl Lekler də daxildir. Onun baza maaşı 30 milyon dollardır. Maks Ferstappen "Red Bull"un heyətində debütünü 2016-cı ildə edib. Bu müddət ərzində o, dörd dəfə - 2021-2024-cü illərdə dünya çempionu olub. Bundan əlavə, pilot bir mövsümdə ən çox qələbə (19) və ardıcıl ən çox Qran-pri qələbəsi (10) üzrə "Formula-1" rekordçusudur. Niderlandlı pilot cari mövsümdə 12 mərhələdən sonra 155 xalla fərdi sıralamada altıncı yerdədir.
Mənbə
oxu.az