İdman

"Qarabağ"la həlledici matç öncəsi "Tvente"də ciddi itkilər

25 Aug 2026, 18:48 3 baxış
"Qarabağ"la həlledici matç öncəsi "Tvente"də ciddi itkilər
Bakıda "Qarabağ"ın qonağı olacaq Niderlandın "Tvente" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşünə ciddi itkilərlə gəlir. Oxu.Az Niderland mətbuatına istinadən xəbər verir ki, komandanın üç tanınmış siması - Stav Lemkin, Sem Lammers və Kristian Hlinsson zədə üzündən bu vacib matçın iştirak ərizəsində yer ala bilməyəcəklər. Qeyd edək ki, Niderlandda keçirilən ilk qarşılaşmada "Qarabağ" rəqibini 1:0 hesabı ilə üstələməyi bacarıb. Tərəflər arasındakı həlledici cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər