Digər

1644-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

25 Aug 2026, 18:28 3 baxış
1644-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1644-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 219 269 PUA-sı, 669 zenit-raket kompleksi, 30 719 tank və digər zirehli texnikası, 1 775 reaktiv yaylım atəş sistemi, 36 264 artilleriya və minaatanı, 70 144 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər