MKİ-nin direktoru qəfil Moskvaya gəldi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff bu gün Moskvada keçiriləcək görüşlərdə iştirak etmək üçün C-17 hərbi təyyarəsi ilə Rusiyaya gəlib.
Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” müxbiri Jennifer Yakobs mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ hərbi təyyarəsinin gəlişi ilə bağlı xəbərlərdən sonra bu gün Moskva küçələrində amerikalı diplomatlar üçün nömrə nişanları olan bir kortej görünüb.
Əgər Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru həqiqətən də Moskvaya gəlibsə, bu, Ukraynada müharibənin başlanğıcından bəri ilk belə səfərdir.
Qeyd edək ki, “Flightradar24” məlumatlarına görə, “Boinq C-17A Globemaster III” hərbi təyyarəsi bu səhər Riqadan Moskvanın “Vnukovo” hava limanına eniş edib. Təyyarə Latviya paytaxtına Merilenddən gəlib, hansı ki, burada ABŞ Hərbi Hava Qüvvələrinin prezident təyyarəsi də yerləşir.